Serbiya sakinlərini Qələbə Günü münasibətilə QEYRİ-ADİ TƏBRİK ETDİ

Serbiya prezidenti Aleksandar Vuçiç vətəndaşları "Qələbə Günü" münasibətilə rus dilində təbrik edib və II Dünya Müharibəsi tarixinin qorunub saxlanılmasının və tarixin reviziya cəhdlərindən qorunmasının vacibliyini vurğulayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bazar günü Serbiya Milli Teatrında Serbiya rəhbərliyinin iştirakı ilə faşizm üzərində Qələbə Günü şərəfinə rəsmi bir mərasim keçirilib və Vuçiç bu barədə orada bəyan edib.

"Bizim vəzifəmiz həqiqəti gizlətmək deyil, yalanın həqiqəti məğlub etməsinə imkan verməmək üçün açıq danışmaqdır. Əlbəttə, ilk növbədə, ruslar olmaqla 22 milyondan çox Sovet vətəndaşı həlak oldu", deyib Vuçiç və bu, Serbiyanın milli televiziyası tərəfindən yayımlanıb.
Serbiya lideri, "Bölgəmizdə hər gün tarixi yenidən nəzərdən keçirmək və tamamilə saxtalaşdırmaq cəhdinin olması təəccüblü deyil", deyib.
"Qələbə Gününüz mübarək!", deyə Vuçiç, vətəndaşları rus dilində təbrik edib və bu,
iştirak edənlərin alqışlarına səbəb olub. Bundan sonra Belqradın mərkəzində bayram atəşfəşanlığı başlayıb.
Xatırladaq ki, bazar günü günortadan sonra Serbiya Parlamentinin sədri İvitsa Daçiç, Rusiya səfiri Aleksandr Botan-Xarçenko Belarus, Azərbaycan və Qazaxıstandan olan diplomatlarla birlikdə "Əbədi Məşəl"in, Sovet və Yuqoslaviya əsgərlərinin abidələrinin və Belqradın Azadlıq Memorialının önünə əklil qoyublar. Sonra, Belqradın mərkəzi meydanında, Serbiya rəhbərliyi və Rusiya səfirliyi, həlak olmuş Qırmızı Ordu əsgərlərinin şərəfinə xatirə lövhəsi önünə çiçəklər qoyub və bayram konserti olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə