Suriyada neft emalı zavodu yanır SON DƏQİQƏ

Suriyanın Hüms şəhərindəki neft emalı zavodunda yanğın baş verib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Zavod direktorunun sözlərinə görə, yanğına distillə qurğusunun nasazlığı və bunun nəticəsində baş verən yanacaq sızması səbəb olub. Yanğınsöndürənlər yanğını söndürmək üçün işləyirlər.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə