Moskvada qaynaq sexində baş vermiş güclü yanğın nəticəsində 5 nəfər ölüb

Moskvada qaynaq sexində baş vermiş güclü yanğın nəticəsində 5 nəfər ölüb

Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın baş verib.

SİA Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Yaşayış olmayan ikimərtəbəli panel binada başlanan yanğın 225 kvadrat metr ərazini əhatə edib.

Alovun söndürülməsinə 38 yanğınsöndürən, 11 texnika cəlb edilib. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə