Hindistanda yardımların verilməsi niyə gecikir?

Hindistanı bürüyən Covid-19 getdikcə daha təhlükəli hal alıb. Dünya ölkələri dalğanı dayandırmaq üçün bu ölkəyə təcili tibbi yardım göndərməyə başlayıblar. SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən həftənin əvvəlində İngiltərə və ABŞ da daxil olmaqla, xarici ölkələrdən Hindistana yardım yükləri, dərmanlar və oksigen balonları gətirməyə başlayıblar.

Bazar günü, təxminən 25 təyyarəyə yüklənmiş 300 ton material Dehli Beynəlxalq Hava Limanına çatdırılıb. Lakin ölkədəki yoluxma halları artmaqda davam edir. Ehtiyacı olanlara yardımın çatdırılmasında gecikmələr yaranıb. Yardımın gecikməsi isə əhalidə narahatlığına səbəb olub. Naməlum səbəblərdən yüklərin çox hissəsi bir neçə gündür ki, aeroportda saxlanılır, həmçinin xəstəxanaların yardım çağrısına cavab verilmir.

Amerika rəsmiləri yerli mətbuata bildiriblər ki, ilk təcili yardım təyyarəsinin gəlməsindən uzun müddət keçdikdən sonra yardım paylanmağa başlanılıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə