Nikol koronavirusun təhlükəli olduğunu indi kəşf edib?

Doğrudanmı, “məxməri hökumət” hoqqabazlıq edir?

Belə görünür ki, ermənilər bundan sonra da təhlükəli xəstəlikdən - koronavirus hifz olunacaqlar. Çünki Ermənistan hökuməti yenidən sərt karantin rejiminə keçir. Belə ki, bu ölkədə iyulun 11- nə qədər davam edəcək sərt karantin rejimi tətbiq olunub. Beləliklə, bundan sonra da, Ermənistanda “maska ​​rejimi” qorunub saxlanılır.

Maraqlıdır ki, ermənilərin “Qolos Armenii” saytı Paşinyan hökumətinin hər hansı bir ciddi məsələni farsa çevirmək üçün misilsiz qabiliyyətə malik olduğunu bildirir. Sayt, hakimiyyətin koronavirusla bağlı atdığı son addımların da bu qəbildən biri olduğunu yazır.

...Sən demə, koronavirus çox təhlükəli xəstəlikmiş. Ölkədə yenidən sərt karantin rejimi tətbiq etmək də Nikolun öz xalqına olan sevgisindən irəli gəlir. İndi bunu necə başa düşək? Axı xatırlayın ki, ötən il Ermənistanda keçirilən konstitusiya referendumu ərəfəsində Nikolun özü ermənilərin qabağına çıxaraq koronavirusun elə də təhlükəli bir xəstəlik olmadığını xalqa çatdırmışdı. Amma bir neçə həftə sonra bu çox “təhlükəsiz” koronavirus səbəbindən ölkədə fövqəladə vəziyyət elan edildi.

O da yadınızda olar; əvvəlcə əhalini lazımi sayda maskalarla təmin edə bilməyən hökumət ermənilərə evdə hazırlanan maskalar taxmağı təklif etdi, daha sonra hakimiyyətə yaxın oliqarxlar ölkəni maskalarla təmin etdi deyə, yazıq yetim-yesir erməninin evdə hazırladıqları maskalar qadağan edildi.

Yenə də Sizi bilmirəm, amma məncə, bu erməni hökuməti tərəfindən həyata keçirilən doğru addımdır. Çünki dövlət varsa, ayaqda durmağı da bacarmalıdır. Bundan əlavə, ölkə məmurlarına, pensiyaçılara verməyə vəsait hardansa əldə edilməlidir axı... Sirr deyil ki, təkcə, ianələrlə keçinmək indiki halda ermənilər üçün çox çətinləşir.

...Hə, yadımdaykən, onu da deyim. Beləliklə, ötən gündən Ermənistanda səyyar peyvənd ideyası başlayıb. Yəni erməni həkimlər qapı-qapı gəzib ermənilərə peyvənd iynə vuracaqlar. Bax, xalqını sevmək belə olar. Yox, siz elə bilməyin ki, Rusiyanın Xabarovsk vilayətində olduğu kimi, könüllü peyvənd olunan ermənilərə də yumurta paylanacaq. Yox! Ermənilərə yumurta-zad olmayacaq.

Amma belə görünür ki, bu da “məxməri hökumətin” növbəti hoqqabazlıqlarından biridir. Deyim ki, bunu mən demirəm, erməni saytı yazır. Amma mən deyim ki, hökumətin canfəşanlıq edib səyyar iynəvurma kampaniyası keçirməsini, Siz ermənilərin peyvənd kimi, iynə vurdurmaqdan qorxduqları kimi başa düşməyin. Ermənilər iynədən-filandan qorxan millət deyil. Sadəcə, onlar elə erməni həkimlərinin bu tibbi proseduranı marketinq kampaniyasına çevirdiklərindən gileylənirlər. Görünür ona görə də, iynə vurdurmaqdan yayınırlar.

...Yeri gəlmişkən, yenə də bəzi Nikolu istəməyənlər, baş nazirin sərt karantin rejimi tətbiq etməkdə necə başqa bir məqsədinin olduğunu deyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə