Putinlə Baydenin görüşü Bakıda baş tuta bilər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında keçiriləcək görüş yerinin hələ təyin olunmadığını söyləyib. SİA-nın verdiyi məlumata görə, iki ölkə liderlərinin potensial görüşü aprelin ortalarından bəri müzakirə olunur.

Amerikanın "Politico" nəşri əvvəllər Reykjavik, Praqa, Lyublyana və Bakını mümkün görüş yerləri adlandırmışdı.

"Xeyr. Mümkün görüş barədə hələ danışacaq bir şey yoxdur”, deyə Dmitri Peskov TASS xəbər agentliyinə bildirib.

ABŞ prezidenti Co Bayden aprelin 13-də Vladimir Putinlə telefon danışığı zamanı Rusiya prezidentini şəxsən görüşməyə dəvət edib. Bayden görüşün iyun ayında Avropada keçiriləcək G7 sammitindən sonra baş tutacağına ümid edir. Ağ Ev rəhbərliyi görüş yeri olaraq üçüncü bir ölkəni təklif edib. Avstriya səlahiyyətliləri Vyanada görüş keçirməyi təklif ediblər. Kreml görüşə rəsmi bir cavab verilmədiyini və Moskvanın təklifi araşdırdığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...