Avropa Birliyi (AB) Avropa Parlamentində Çin ilə imzaladığı investisiya müqaviləsini təsdiqləməyib. SİA-nın xarici mətbuata istinadən veridiyi xəbərə görə, Brüssel ilə Pekin arasındakı gərginliyin səbəbi kimi dekabr ayında təsdiqlənmə mərhələsində imzalanan müqavilənin dayandırılması göstərilir. Avropa Komissiyası sədrinin müavini Valdis Dombrovskis, "AB-nin Çinə və Çinin AB üzv dövlətlərinə və Avropa Parlamenti (AP) millət vəkillərinə qarşı sanksiyalar tətbiq etdiyi bugünkü mühitdə, bu müqavilənin təsdiqlənməsinə imkan verən bir vəziyyət olmadığını" söylədi. Valdis Dombrovskis bildirib: "AB ilə Çin arasındakı əlaqələrin əhatəsini görməməzlikdən gələ bbilmərik. Mart ayında son 30 ildə ilk dəfə olaraq AB, Qərbi müttəfiqləri ilə ortaq bir mövqe tutaraq Çinə sanksiya tətbiq etməyə qərar verdi.
Qeyd edək ki, yeni sanksiyalar Çinin inkişafına ani təsir edəcək. Pekin rəhbərliyi ABŞ, Kanada və İngiltərədən olan bəzi millət vəkillərini də qara siyahıya aldı. Beləliklə, sanksiya tətbiq ediləcək şəxs və qurumların ümumi sayı 30-a çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB