ABŞ prezidenti Co Bayden iyun ayında Avropaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb, görüşməyəcəyinə dair suala "bu, mənim ümidim və gözləntimdir" deyə cavab verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu fikirləri Bayden Ağ Evdə Covid-19 pandemiyası ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən dilə gətirib.
Qeyd edək ki, Baydenin iyun ayında İngiltərədə keçiriləcək NATO toplantısında və Belçikada keçiriləcək G7 sammitlərinə iştirak edəcəyi söylənilir.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB