Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Şimali Qafqaz ərazisindən Gürcüstana keçə bilməyib. SİA-nın \"Qruziya Online\" saytına istinadən verdiyi xəbərə görə, Okruaşvili onu müşahidə edən şəxslərlə Şimali Osetiyaya gedib. Oradan Gürcüstana keçmək istəyib. Lakin bu, mümkün olmayıb. O, yenidən Soçiyə geri qayıdıb.
Keçmiş nazirin \"Gürcüstan partiyası\"ndan olan tərəfdarları bu gün Tiflisdə brifinq keçiriblər. Onlar Okruaşvilinin Gürcüstana qayıtmaq planlarının təxirə salındığını elan ediblər. Partiya həmçinin prezident iqamətgahı qarşısında da etiraz aksiyası keçirməkdən imtina edib. Buna səbəb olaraq isə \"Gürcüstan Partiyası\"nın Nino Burcanadze ilə iki gün davam edən danışıqlarında bəzi məsələlər üzrə razılığın əldə edilməməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB