Əlcəzair prezidenti iqtisadi böhranla bağlı DİALOQA ÇAĞIRIR

Əlcəzair prezidenti Abdelmadjid Tebboune, ölkədəki iqtisadi böhranla əlaqədar iğtişaşların davam etdiyi üçün hökumətini fərqli sosial tərəfdaşlarla dialoq açmağa çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hökumət tərəfindən edilən açıqlamada, cənab Tebboune təhsil və səhiyyə sektorlarında olan işçilərin yaşayış səviyyələrinin yaxşılaşdırılması yollarını tapmaq üçün daha fəal olmalarına diqqəti çəkib.

Əlcəzair hökuməti artan qiymət artımı, işsizlik və qida çatışmazlığı problemini həll etməməsi ilə əlaqədar müntəzəm keçirilən mitinq və etirazların fonunda iyun ayında qanunvericiliyin tələblərinə uyğun olaraq seçkilərə hazırlaşırlar.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə