Saxta xəbərlər və dezinformasiya Avropadakı vəziyyət

Azad Reportyorlar (RSF) tərəfindən nəşr olunan dünya mətbuat azadlığına dair illik hesabata görə, epidemiya zamanı 180 ölkənin demək olar ki, dörddə üçündə jurnalistika "tamamilə və ya qismən qadağandır". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaxın Şərq və Şimali Afrika bölgəsi jurnalistlər üçün ən qəliz bölgədir. Eritreya, Şimali Koreya, Türkmənistan, Çin və Cibuti bu ilki RSF sıralamasında ən pis nəticələri göstəriblər. Məlumata görə, Yaxın Şərq və Şimali Afrika bölgəsi jurnalistlər üçün ən repressiv bölgə olmağa davam edərkən, siyahıda 170-ci olan Səudiyyə Ərəbistanda, Misir və Suriyada vəziyyətin "daha da pisləşdiyi" vurğulanıb.

Norveç, Finlandiya, İsveç, Danimarka və Kosta-Rika isə RSF sıralamasında, ilk yerləri tutublar.

Saxta xəbərlər və dezinformasiya

Məruzədə Braziliyada 11-ci yeri tutan Prezident Jair Bolsonaro və 148-ci yer Venesuela lideri Nicolas Maduro haqqında "təsirləri tibb tərəfindən yoxlanılmamış dərmanları təqdim edib" - deyə, ifadə olunub. 174-cü sırada yer alan İranda, səlahiyyətlilərin "Covid-19 səbəbi ilə ölüm sayını azaltmaq üçün jurnalistlərin həbs sayını artırdığı" deyilib. 166-cı yerdə Misir "epidemiya ilə əlaqəli rəqəmlərin Səhiyyə Nazirliyinin xaricində yayımlanmasını" qadağan edib.

Avropadakı vəziyyət

Digər tərəfdən, siyahıda 13-cü yeri tutan Almaniyada onlarla jurnalistin "qadağan əleyhinə mitinqlər zamanı nümayişçilər tərəfindən" hücuma məruz qaldığı qeyd edilib. Xüsusilə Fransa (34), İtaliya (41), Polşa (64), Yunanıstan (70), Serbiya (93) və Bolqarıstanda (112) olaraq jurnalistlərə hücumların və həbslərin artdığı qeyd edilib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə