Rəsmi məlumatlara əsasən Qırğızıstan-Tacikistan sərhədindəki son qarşıdurmalarda ölənlərin sayı 46-ya çatıb. SİA-nın xəbərinə görə, yüzlərlə insan yaralanıb və onlarla evdə dağıntılar baş verib.
Qırğızıstanın fövqəladə hallar nazirliyi bazar günü verdiyi məlumatda öldürülənlərdən 34-nün qırğızlar tərəfindən, 12 nəfərin taciklər tərəfindən öldürüldüyünü bildirib.
Nazirlik bölgənin döyüş şiddətlərindən pis vəziyyətə düşməsini deyib. Nazirlik məktəblər, mağazalar, sərhəd-keçid məntəqələri və polis bölməsi də daxil olmaqla 100-dən çox əmlakın yandırıldığını və ya məhv edildiyini əlavə edib.
Qırğızıstanın Batken bölgəsi ətrafında şiddətli döyüşlərdən sonra 10.000 nəfər təxliyyə edilib. Qırğızıstan Daxili İşlər Nazirliyi zorakılıqla əlaqədar cinayət istintaqının başladıldığını və qanunsuz sərhəd keçidləri iddialarını araşdıracağını bildirdi.
Atəşkəs razılaşmasının cümə günü qüvvəyə minməsi ilə əlaqədar olaraq, bir neçə kənddə davamlı atışmaların olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB