Braziliyada itki 400 mini keçib

Latın Amerikasındakı koronavirus epidemiyasının mərkəzində olan Braziliyada itki 400 mini keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədəki böhrana diqqət çəkmək istəyən QHT-lər dünyaca məşhur "Copacabana" çimərliyində boş çantaları düzərək, rəmzi bir cənazə mərasimi keçirib. Epidemiyada ölən 400 mindən çox insanı simvolizə edən 400 çanta sahildə düzülüb və "kim cavabdehdir" pankartı açılıb.

Aktivistlər qumda qəbir qazıblar, simvolik bir cənazə mərasimi təşkil ediblər və boş torbaları basdırıblar. Mütəxəssislər, ləng peyvəndləmə və sosial məhdudiyyətlərin zəifləməsi səbəbindən ölkədə gündəlik itkilərin, bir neçə ay ərzində yüksək səviyyəyə qalxa biləcəyi barədə xəbərdarlıq edirlər.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə