İran xarici işlər naziri Cavad Zərif, ölkə siyasətinə böyük bir reaksiya göstərən, Qasım Süleymanini tənqid etdiyi gizli müsahibəsindəki sözləri üçün bağışlanmasını istədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cavad Zərif "instaqram" hesabından mövzu ilə əlaqədar bir açıqlama verib. Zərif bu ifadələrdən istifadə edib: "Məni ittiham edənlərin və mənə atılan böhtanlara inananların hamısını bağışlayıram. Ümid edirəm ki, böyük İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusən də ailəsi məni bağışlayacaq".
Müsahibənin yayımlanacağını bilmədiyini bildirən Zərif, əks təqdirdə Süleymani ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi. Sızdırılan səs qeydləri ölkənin gündəmini zəbt edib.
Qeyd edək ki, Zərifin, jurnalist Səid Leylazla 2021-ci il mart ayında hökumət arxivinə verilmiş reportajı sızdırıldı və Londonda yerləşən İran beynəlxalq televiziyası tərəfindən 25 aprel tarixində yayımlandı. Sözügedən müsahibədə Zərif, İnqilab Keşikçiləri Ordusunu və keçmiş Qüds gücü Komandiri Qasım Süleymanini xarici siyasətə müdaxilə etməkdə günahlandırıb. Zərifin reportajdakı açıqlamaları, ölkədəki mühafizəkar qanadın reaksiyasına səbəb oldu və istefa çağırışları edilib.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB