Türkiyədə koronavirus tədbirləri çərçivəsində 18 gün davam edəcək tam bağlanma prosesi 29 aprel cümə axşamı günü başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 17 may tarixinədək davam edəcək tam bağlanmada bəzi müəssisələr bağlanacaq və icazəsi olmayan insanlar üçün məhdudiyyətlər tətbiq ediləcək.
Bəs, ictimai nəqliyyat bu müddətdə işləyəcəkmi? Qardaş ölkədə sərt karantin zamanı, metro, tramvay və digər ictimai nəqliyyat vasitələri işləyəcəkmi?
Sərt karantin qayadalarının tətbiqi zamanı, ictimai nəqliyyat xidmətlərində, heç bir məhdudiyyət yoxdur. Sərnişin sayındakı dəyişikliklər səbəbindən bəzi bölgələrdə uçuş tezliyi və vaxtı dəyişmiş ola bilər.
Qaydalara və məhdudiyyətlərə əməl etməyənlər üçün 3 min 150 TL inzibati cərimə tətbiq ediləcək. İstisna hüququ və icazəsi olanlar isə işlərinə gedə biləcəklər.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB