Qırğızıstanda münaqişə zonasından 33 mindən artıq insan təxliyə edilib
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar səbəbilə Batken və Leylek rayonlarından 33 388 Qırğızıstan vətəndaşı təxliyə edilib.
"Kabar"a istinadən məlumata görə, bunu ölkənin səhiyyə və sosial inkişaf nazirinin müavini Aliza Soltonbekova deyib.
Onun sözlərinə görə, təxliyə edilənlərdən 19 142 nəfəri uşaqdır. Təxliyə edilənlərə humanitar yardımın göstərilməsi üzrə işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB