Portuqaliyada dünyanın ən uzun asma körpüsü açıldı - VİDEO

Portuqaliyanın şimalındakı Aroca şəhərinin təbiət parkında, Paiva çayının 175 metr hündürlüyündə dünyanın ən uzun piyada asma körpüsünün açılışı olub. SİA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, uzunluğu 516 metr olan asma körpünün inşası təxminən iki il çəkib və 2,3 milyon avroya başa gəlib.

Aroca şəhərinin meri pandemiya səbəbindən çökmüş turizm sektorunu yeni açılan körpü vasitəsilə canlandıracağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə