"Rusiya prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan arasındakı siyasi böhrana son qoymaq üçün vasitəçilik etməyə hazırdır”. SİA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitriy Peskov gündəlik mətbuat konfransında jurnalistlərin Kremlin Qırğızıstan-Tacikistan sərhədində artan gərginliyə münasibəti ilə bağlı suallarına cavab verərkən deyib.
Rusiya rəsmisi ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və bu kimi müxtəlif formatlardakı ortaqlıqları nəzərə alaraq Vladimir Putinin üzv ölkələr arasında yarana biləcək ciddi problemlərin həllində hər zaman vasitəçi olmağa hazır olduğunu açıqlayıb.
Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri səviyyəsində kommunikasiyada olduqlarına diqqət çəkən Peskov, "Əlbəttə ki, münaqişə ilə bağlı xəbərlər bizi narahat edir və vəziyyəti diqqətlə izləyirik. Atəşkəslə bağlı qərarı alqışlayırıq. Ümid edirik ki, bu qərar bu kimi problemlərin qarşısını alacaq", - deyə qeyd edib.
Xatırladaq ki, dünən axşam saatlarında Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistanla atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb.
Qırğızıstan-Tacikistan sərhədindəki supaylama şəbəkəsinin nəzarətini ələ keçirmək üzərində başlayan silahlı qarşıdurmada hər iki tərəfdən 6 nəfər həyatını itirib, ümumilikdə 115 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB