...Bu dəfə “səhnə”yə erməni akademik Ruben Safrastyan buraxılır. O da, bəzi elə özü düşüncəli ermənilər kimi, ABŞ prezidenti Cozef Baydenin erməni xalqına göstərdiyi “dəyəri” önə cəkərək, ermənilərin Türkiyədən “təzminat” almaq üçün ciddi fəaliyyətə keçməyə çağırış edir.
Maraqlıdır ki, Safrastyan ermənilərin “diş qıcıdıqları” təzminat məsələsinin problemli, olduqca çətin olduğunu etiraf etsə də, amma bunun “kifayət qədər həll edilə bilən” məsələ olduğunu da “istisna etmir”.
Bəli, bunun üçün ilk olaraq, erməni həyasızlığı işə salınmalıdır. Bu da yaramasa, o halda, bütün ermənilər yenidən “məzlum, əzilən xristian” roluna girməlidirlər. Çünki hazırda “əzabkeş ermənilər” üçün “münasib bir məqam” yaranıb. Nə qədər ki, Vaşinqtonla Ankara arasındakı münasibətlər “sərinləyib” ermənilər, hər vəchlə bundan yararlanmalıdırlar.
Erməni akademikə görə, təzminat məsələsində bütün ermənilər “səfərbər” olmalıdırlar: “...Biz, ilk olaraq, erməni diasporadan ən yaxşı mütəxəssisləri, tarixçiləri və hüquqşünasları bu istiqamətə yönəltməliyik”.
Təbii ki, Safrastyan “tədqiqat apacaq” tarixçilərin əsl “vətənpərvər” ermənilərdən tərtib olunmalarının da vacibliyini bildirir. Yoxsa, kənar tarixçinin hər hansı bir “naşılığı” ermənilərin bütün yalanlarını dünyaya faş edə bilər. (Guya dünya bunları bilmir? A.B.)
Əslində, burada təəccüblu görünəcək elə bir şey olmasa da, amma məndə Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, akademik kimi təqdim edilən Ruben Safrastyanın akademikliyinə şübhə yaranır.
Təkrar da olsa, erməni akademik Ruben Safrastyana xatırlatmaq istəyirəm ki, ermənilərin həsrətlə ABŞ prezidentindən də “qazandıqları soyqırım” Cinayətinin Qarşısının alınması və ona görə cəza haqqında Konvensiya 1949-cu ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Belə ki, bu günə qədər 141 dövlət tərəfindən ratifikasiya edilən bu sənəd qanun kimi 1951-ci ildə qüvvəyə minib.
Burada erməni “akademik” Ruben Safrastyana xatırlatmaq gərək: Konvensiya onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir, yəni bu sənəd yalnız 1949-cu ildən sonrakı hadisələri ehtiva edir.
Doğrudur, Safrastyan ABŞ prezidentinin “soyqırım” deməsinin hazırda ermənilər üçün elə bir hüquqi əhəmiyyət kəsb etmədiyini etiraf etsə də, amma onların bu istiqamətdəki davamlı canfəşanlıqları başadüşülən deyil.
Yəqin bu da “erməni həyasızlığı”nın başqa təzahürlərindən biridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB