Vətəndaş müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Vətəndaş müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Təxminən 1000 nəfər təqaüdçü hərbçi, Fransa hökumətinə "vətəndaş müharibəsi" təhlükəsi barədə açıq bir məktub göndərib. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilir ki, "Valeurs actuelles" jurnalında dərc olunan məktubda Fransada məskunlaşan dini fanatikləri cəmiyyəti bölməkdə günahlandırılırlar.
"İndi işləri sonraya təxirə salmağın zamanı deyil, əks halda sabah daxili müharibə bu böyüyən xaosa son qoyacaq və məsuliyyət daşıyacağınız ölüm sayı minlərlə olmağa başlayacaq", deyə sözügedən jurnalda yazılır.
Fransız səlahiyyətliləri hərbi təqaüdçülərin demarşını qınayıb. Silahlı qüvvələr naziri Florens Parley "tvitterdə" qeyd edib ki, "bitərəflik və sədaqət olmaqla, siyasətlə əlaqəli iki dəyişməz prinsip hərbi əməliyyatlara rəhbərlik edir".
Parley, imza edənlərin siyasi baxımdan bitərəf qalmalarını tələb edən bir qanunu pozduqları üçün cəzalandırılacağı barədə xəbərdarlıq edib. O, nümunə olaraq, Kaledə bir miqrant əleyhinə nümayişdə iştirak etdiyinə görə ordudan qovulan xarici legionun keçmiş generalını da misal gətirib.
Xatırladaq ki, Fransada qarışıqlıq, respublika Konstitusiyasının sadiq qanunları sayəsində qaçqın statusu alan immiqrant sayının artması ilə əlaqələndirilir. "VC.ru" xəbər verir ki, 2019-cu ildə Fransadan sığınacaq üçün müraciətlərin sayı əvvəlki dövrə nisbətən təxminən 9,3% artaraq 177 822 həddinə çatıb. Ən çox müraciət Əfqanıstan, Qvineya, Gürcüstan və Albaniyadan gəlib. Qeyd edək ki, bu ölkədə zorakılıq hadisələri də artmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə