Misirin baş prokuroru sabiq prezident Hüsnü Mübarək və onun iki oğlunun nümayişçilərin öldürülüməsi ittihamı ilə mühakimə ediləcəyini elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hüsnü Mübarəkin mühakiməsi tələbi ilə cümə günü aksiya keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən həftə Hüsnü Mübarəkin xanımı Susan Mübarək 3.4 milyon dollarlıq iki bank hesabı və Qahirədəki villasını təhvil verdikdən sonra azadlığa buraxılıb. Mübarək və oğulları isə hələ də nəzarət altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB