Hindistanda özəl xəstəxanada baş verən yanğın nəticəsində ən az dörd xəstə ölüb
Hindistanın Maharaştra ştatının Mumbra şəhərindəki özəl xəstəxanada baş verən yanğın nəticəsində ən az dörd xəstə ölüb, bir neçə nəfər isə yaralanıb.
SİA "voanews.com" saytına istinadən xəbər verir ki, 20 xəstə təxliyyə edilib, onlardan altı nəfər intensiv terapiya şöbəsinə yerləşdirilib. Saytın məlumatına görə, onlar arasında koronavirusa yoluxan şəxs olmayıb.
Hadisə yerinə üç yanğınsöndürən maşın və beş təcili yardım maşını göndərilib, yanğın söndürülüb.
Yanğının səbəbi hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB