Pakistandan təhlükəsizliklə bağlı aparılan müzakirələrə sərt cavab gəlib. SİA-nın məlumatına görə, dünən Taliban silahlılarının Karaçi şəhərinə hücumundan sonra ölkədə nüvə silahlarının təhlükəsizliyi mövzusunda bir sıra müzakirələr gündəmə gəlmişdi.
Bu gün isə Pakistan Xarici İşlər Nazirliyindən məsələyə sərt cavab gəlib. Nazirliyin rəsmi açıqlamasında müzakirələr yersiz adlandırılıb və nüvə silahlarının təhlükəsizliyinin kifayət qədər qorunduğu bildirilib. Açıqlamada qeyd olunub ki, bu cür müzakirələr Pakistanın təhlükəsizlik güclərinə olan inamsızlığın nümunəsi kimi qiymətləndirilir.
Eyni zamanda, nüvə silahının təhlükəsizliyinin tam təmin olunduğu bildirilən şərhdə, bu mühafizənin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyi də ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB