Nüvə partlayışı hansı xəstəliklər yaradır? -ARAŞDIRMA

Nüvə partlayışı hansı xəstəliklər yaradır? -ARAŞDIRMA

Alimlərin araşdırmasına görə Çernobıl qəzasından sonra radiasiyaya məruz qalan valideynlərin uşaqlarında "əlavə DNT zədələnməsi" aşkar edilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu nüvə qəzasından sonra valideynlər və uşaqların genlərini araşdıran dünyada ilk araşdırmadır. Fəlakətdən sonra hamilə olan və 1987 və 2002-ci il arasında anadan olan iştirakçıların bütün genomları araşdırılıb.Tədqiqatda bir valideynin məruz qalması ilə əlaqəli bir mutasiya tapılmayıb. Qeyd edək ki, tətqiqatla bağlı məlumatlar "Science" jurnalında yayımlanıb.

Bir çox işçi, 1986-cı ildə baş verən nüvə qəzasından sonra böyük təmizləmə əməliyyatında kömək üçün işə cəlb olunub.

Professor Qerry Tomas onilliklər boyu xərçəng biologiyasını, xüsusilə radiasiyanın zədələnməsi ilə əlaqəli şişləri öyrənmişdir. Bu yeni araşdırmanın, "insanların nisbətən yüksək dozada radiasiyaya məruz qaldıqda belə - fon radiasiyasına nisbətən - gələcək övladlarına heç bir təsiri olmadığını" göstərən ilk iş olduğunu izah edib.

Qeyd edək ki, Çernobıl qəzasından sonra Nüvə elektrik stansiyasının ətrafındakı yüksək dərəcədə çirklənmiş ərazini təmizləmək üçün təyin olunmuş işçilərin uşaqlarına və tərk edilmiş Pripyat qəsəbəsindən və ətrafdakı 70 km ərazidəki digər yaşayış məntəqələrindən evakuasiya olunanların uşaqlarına diqqət yetirildi.

Aparıcı tədqiqatçılardan Stephen Çanok, tədqiqat qrupunun bütün ailələri topladığını, elm adamlarının bir ana, ata və bir uşağın DNT-sini müqayisə etmələri üçün izah edib və bildirib ki, qəza zamanı ana bətnindəki uşaqlarda nə baş verəcəyinə baxmırıq "de novo" mutasiyaları deyilən bir şeyə baxırıq.

Bunlar DNT-dəki yeni mutasiyalardır. Təsadüfi bir yumurta və ya sperma hüceyrəsində meydana gəlir. Bir körpənin genetik planında bir mutasiyanın harada meydana gəldiyini bilmədiyimizə görə bunun heç bir təsiri olmaya bilər və ya genetik bir xəstəliyin səbəbi ola bilər.

Tədqiqatçı Stephen Çanok deyib: "Hər nəsildə bu mutasiyaların təxminən 50-100-ü var və təsadüfi rast gəlinir. Bəzi cəhətdən bunlar təkamülün təməl daşlarıdır. Bu, hər dəfə bir doğuşlu bir əhaliyə necə yeni dəyişikliklərin tətbiq olunduğunu göstərir. Anaların və ataların və sonra uşağın genomlarına baxdıq. Valideynlərin radiasiyaya məruz qalması ilə əlaqəli bu mutasiyaların sayında hər hansı bir siqnal axtarmağa 9 ay əlavə vaxt sərf etdik. Tədqiqat zamanı heç nəyə rast gəlmədik. Bu, radiasiyanın bir valideyn orqanizminə təsirinin gələcəkdə hamilə qalacaq uşaqlara təsiri olmadığını göstərir".

Proffesor Tomas "BBC News"a verdiyi açıqlamada bildirib ki, atom bombalarından sonra "Naqasaki və Hiroşimada" uşaq sahibi olmaqdan qorxan bir çox insan var: "Naqasaki və Hiroşimada qəzasından sonra uşaqlarına məruz qaldıqları radiasiyadan uşaqlarının təsirlənəcəyini düşündükləri üçün uşaq sahibi olmaqdan qorxanlar var. Çox kədərlidir. Əgər bunun heç bir təsiri olmadığını göstərə bilsək, inşallah bu qorxunu yüngülləşdirə bilərik."

Bəzi yaşlı insanlar hələ də tərk edilmiş hissənin kənar bölgəsində yaşayırlar.

Proffesor Tomas, genom tədqiqatında iştirak etməmişdir. Lakin həmkarları ilə birlikdə Çernobıl ilə əlaqəli xərçənglər üzərində bir araşdırma aparıb. Nüvə qəzasının təxminən 5000 xəstəliyə səbəb olduğu məlumdur. Araşdırmalar göstərir ki, bir çox insanda tiroid xərçəngi tapılıb, əksəriyyəti isə müalicə olunub.

Qəza zamanı səlahiyyətlilər çirkli südün bölgədə satılmasına mane ola bilmədilər. O dövrdə uşaq və ortayaşlı bir çox insan onu içdi və böyük dozada radioaktiv yod qəbul etdi.

Proffesor Tomas bildirib ki, əslində Çernobıl şüalanmasının səbəb olduğu tiroid xərçəngləri ilə digər tiroid xərçəngləri arasında heç bir fərq olmadığını müşahidə etmişik. Çernobıl hadisəsindən sonra " iblis şişi " yoxdur. Lakin müalicə edə bilməyəcəyimiz başqa şeylər var.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə