Virusdan ölənlərin sayı 108 mini ötdü Rusiyada

Virusdan ölənlərin sayı 108 mini ötdü Rusiyada

Rusiyada son sutka ərzində koronavirusa 8780 yeni yoluxma halı qeydə alınıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

Rusiyada son sutkada 332 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 108 232 nəfərdir. İndiyə qədər 4 388 008 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə