Nigeriyada sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər həalk olub

Nigeriyada sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər həalk olub

Nigeriyanın İlorin şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 11 nəfər həalk olub, 9 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması olub. Qəza ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə