COVID-in yeni rekordları Hindistanda

COVID-in yeni rekordları  Hindistanda

COVID-19-a yoluxmuş ən azı 25 xəstənin oksigen azlığı səbəbindən cümə axşamı Dehlidəki bir xəstəxanada öldüyü təxmin edilir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, yerli NDTV kanalı həkimlərin məlumatlarına əsaslanaraq bu barədə məlumat yayıb.

"Hökümətin bizə verməli olduğu oksigenin çatdırılma saatı 17: 00 olsa da, ancaq həmin oksigen gecə yarısı çatdırılıb. O vaxta qədər 25 xəstə ölüb", deyə “Jaipur Golden Hospital”ın baş həkimi televiziya kanalına müsahibəsində deyib.

O, qeyd edib ki, üstəlik, xəstəxanada hələ də 215-dən çox ağır xəstə var və oksigen təchizatı tamamilə az qalıb.
Yerli mətbuatda yer alan məlumatlara görə, Dehli son zamanlarda koronavirus infeksiyalarının artması fonunda kəskin oksigen çatışmazlığı yaşayır.

Bundan əlavə, bildirilir ki, son bir gündə Hindistanda 346 786 COVID-19 hadisəsi təsbit edilib və ölənlərin sayı 2,6 mini keçib ki, bu, ölkədə pandemiya üçün maksimum həddir.

Qeyd edək ki, ölkədə xəstələnmə artımı fevralın ortalarından bəri davam edir və bu dövrdə koronavirus müalicəsi alan insanların sayı təxminən 135 mindən iki milyon yarıma qədər olub.

Xatırladaq ki, Hindistan yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdədir və 16,6 milyon yoluxma, demək olar ki, 190 ölüm hadisəsi qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə