Corc Floydun qətlində təqsirli bilinən keçmiş polisə hökm iyun ayında oxunacaq

Corc Floydun qətlində təqsirli bilinən keçmiş polisə hökm iyun ayında oxunacaq

Ötən ilin may ayında andlı iclasçılar tərəfindən qaradərili Corc Floydun qətlində təqsirli bilinən keçmiş polis Derek Şovinə hökm 16 iyun tarixində veriləcək.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, D.Şovini 40 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, 25 may 2020-ci ildə Derek Şovin afroamerikalı həbs edərkən boğma fəndi tətbiq edib. Həbs edilən C.Floyd az sonra ölüb. Ertəsi gün, mayın 26-da D.Şovin və afroamerikalının həbsində iştirak edən digər üç polis işdən qovulub.

Bütün xəbərlər Facebook səhifəmizdə