Berlində koronavirus məhdudiyyətlərinə qarşı aksiya zamanı 29 polis yaralanıb

Almaniyanın paytaxtı Berlində çərşənbə günü koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyası zamanı 29 polis əməkdaşı yaralanıb.

Nümayişçilər polisə şüşə və daş qırıntıları atıblar. 231 etirazşının nəzarətə alındığı bildirilir.

Aksiya paytaxt səlahiyyətliləri tərəfindən koronavirusla bağlı məhdudiyyətləri nəzərdə tutan yeni düzəlişlərin edildiyi vaxt keçirilib. Etirazçılar bunu Alman federalizminə zərbə kimi qiymətləndirib.

Qeyd edək ki, 8-10 min insanın bir araya gəldiyi nümayişdə qoruyucu maskalardan istifadə edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə