İngiltərə “tiktok”u məhkəməyə verib

İngiltərə “tiktok”u məhkəməyə verib

Dünyada 689 milyon aktiv istifadəçinin olduğu bildirilən “tiktok” sosial media tətbiqi, İngiltərədə 13 yaşınadək uşaqların məlumatlarını icazəsiz yaydığı üçün məhkəməyə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 13 yaşınadək 3,5 milyon uşağın tətbiqetmədən qanuna zidd olmasına baxmayaraq, fəal şəkildə istifadə etdiyi bildirilib.

Qeyd edək ki, “tiktok” tətbiqi 2019-cu ildə ABŞ-da oxşar ittihamlarla məhkəməyə verilib və şirkət 5.7 milyon dollar cərimə olunub. Ərizə artıq İngiltərədə eyni cinayətə görə mühakimə olunacaq. Şirkətə ağır bir cərimə kəsilməsi gözlənilir.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə