İsveçrə İran təyyarələrini yanacaqla təmin etməkdən imtina edib. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə görə, İsveçrə bunun İrana qarşı beynəlxalq iqtisadi saksiyaların ağırlaşdırılması qərarı ilə bağlı olduğunu açıqlayıb. Eyni zamanda İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının üzvü Naqavi Hüseyni bəyan edib ki, İranın təyyarələrini yanacaqla təmin etməkdən imtina edən İsveçrənin hərəkəti qeyri-qanuni addımdır: "Bu addım beynəlxalq qanunlara ziddir. Çünki beynəlxalq konvensiyaya əsasən bütün ölkələr sərnişin təyyarələrini yanacaqla təmin etməlidir. İran İsveçrə hökumətinə qarşı iddia ilə BMT-yə müraciət edəcək"
Qeyd edək ki, Mülki Aviasiyanın Federal idarəsinin mətbuat katibi Anton Koler bəyan etmişdi ki, İran İslam Respublikasının dövlət aviaşirkətlərinə məxsus təyyarələrinin Cenevrə hava limanında yanacaqla təmin edilməsinə icazə verilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB