Moskvanın bir neçə mərkəzi küçəsində razılaşdırılmamış mitinq keçirilib

Moskvanın bir neçə mərkəzi küçəsində razılaşdırılmamış mitinq keçirilib

Moskvanın bir neçə mərkəzi küçəsində razılaşdırılmamış mitinq keçirilib. Aksiya iştirakçıları yolu bağlayıblar.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə yüz nəfər etirazçı Rojdestvenka küçəsində hərəkət zolağına çıxaraq, Rojdestvenskı bulvarı və Bulvar dairəsinin bir hissəsində avtomobil yoluna çıxıblar.

Etirazçılar Trubnaya meydanına doğru davam ediblər. Ara yollar da polis tərəfindən nəzarətə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə