Putin qəzəblənib və 50-dən çox raketdaşıyandöyüş gəmisini Qara dənizə göndərib. ABŞ-ın peyk şirkəti kosmosdan çəkilmiş fotolarını yayımlayıb və cəbhə xəttinin digər tərəfində böyük bir böhran yaşandığı barədə xəbər veririb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son 50 ilin ən böyük hərbi sursatını və nəhəng bir ordunu Qara dəniz akvatoriyasına tökən Rusiya prezidenti Vladimir Putin artıq ABŞ və NATO-ya meydan oxuyur.

ABŞ texnologiya şirkəti Maxar Putinin 2014-cü ildə ələ keçirdiyi Krımdakı “Angarsky” poliqonuna yerləşdirilən minlərlə əsgərin peyk görüntülərini paylaşıb. Maxarın çəkdiyi fotoşəkillər arasında Qara dəniz sahilində də Krımdakı Opuk poliqonunda gözləyən ordu birlikləri də önə çıxır.
Voronejdəki “Pogorovo” təlim bölgəsində minlərlə tank diqqət çəkərkən, Morozovsk hava bazasında havaya qalxmağa hazırlaşan 11 SU-34 döyüş təyyarəsi də obyektivdə əks olunub.
Krımdakı “Saki” hava bazasında və bir çox donanmadan Qara dənizə köçürülən onlarla döyüş təyyarəsi var. Rusiya lideri Putin ABŞ hərbi gəmilərinin Qara dənizə istiqamət götürdüyünə cavab olaraq artıq güc nümayişi etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB