Qasırğaların sürətinin artmasına iqlim dəyişikliyi nə dərcədə təsir edir? - ARAŞDIRMA

Atlantik okeanındakı Bermud adaları ətrafında qasırğaların sürətinin son illərdə iqlim dəyişikliyi ilə əlaqdar istilik artımı səbəbindən iki dəfədən çox artdığı ortaya çıxıb. SİA bunu ingilis KİV-lərinə istinadən xəbər verir.

"Milli Okeanoqrafiya Mərkəzi" okean elmi institutu və İngiltərədəki Southampton Universiteti tərəfindən birgə aparılan araşdırmada, son illərdə iqlim dəyişikliyi səbəbindən qasırğaların sürətində artım müşahidə olunub. Tədqiqatçılar Bermud adaları ətrafındakı qasırğaların 1955 və 2019cu illər arasında saatda sürətlərini 56 kilometrdən 117 kilometrə qədər artırdığını aşkar ediblər.

Tədqiqat çərçivəsində Bermud Okean Elmləri İnstitutunun topladığı məlumatlara əsaslanaraq bölgədəki dəniz səthinin istiliyinin son 66 ildə 1,1 dərəcə artdığı görülüb.

İngilis tədqiqatçılar dəniz səthindəki istiliyin qasırğa meydana gəlməsinə təsirinin elm dünyasında bilindiyini, lakin bu araşdırma qasırğaların meydana gəlməsində səthə yaxın dəniz istiliyinin də əhəmiyyətli bir rol oynadığını ortaya qoyub.

Araşdırmada, dəniz səthində və səthdən 50 metr aşağıda qeydə alınan istiliklərin qasırğaların güclənməsinə səbəb olduğu vurğulanıb.

Tədqiqat "Environmental Research Letters"jurnalında dərc edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...