Qazaxıstanda ötən sutka yeni növ koronavirusa 2179 yoluxma halı qeydə alınıb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 179 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 289 720 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 248 096 nəfəri sağalıb, 3 384 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə