PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib

ABŞ-da proqram təcizatı buraxan "Adobe" şirkətinin təsisçilərindən və PDF formatını yaradanlardan biri olan Çarlz Geşke 82 yaşında vəfat edib.

TASS-ın verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Şantanu Narayenin işçilərinə göndərdiyi məktubunda bildirilir.

Associated Press məktubdan sitat gətirərək yazıb: "Bu, bütün "Adobe" cəmiyyəti və on illərdir bələdçi və qəhrəman olduğu texnoloji sənayesi üçün böyük itkidir".

Ç.Geşke Karnegi-Mellon Universitetində doktorluq dərəcəsini alıb və daha sonra Palo Alto şəhərində "Xerox" araşdırma mərkəzində çalışıb, 1982-ci ildə amerikalı alim Con Uornokla "Adobe" şirkətini qurub. 2009-cu iki təsisçi o zamanki ABŞ prezidenti Barak Obama tərəfindən Milli texnologiya və innovasiya medalı ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...