Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan 288 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 288 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 35 608 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 62 606 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 212 645 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 52 184 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 643 734 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...