Koronavirusa 1 219 yeni yoluxma qeydə alınıb Gürcüstanda

Gürcüstanda ötən sutkada daha 1 219 nəfərə koronavirus diaqnozu qoyulub, 301 nəfər sağalaraq evə buraxılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 294 540-a, sağalanların sayı 280 132-yə çatıb. Son 24 saat ərzində daha 9 nəfər vəfat edib və ümumi ölüm sayı 3 925-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...