Ankara Universitetinin müəllimləri, gənclərin pandemiya dövründə Covid-19 ilə mübarizə strategiyalarını təyin etmək üçün araşdırma aparıblar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədqiqata qatılan 18-30 yaş arası 1129 gəncə iyirmi sual verilib. Cavablarda koronavirusun cavanlara təsiri bəlli olub. Bu vaxta qədər epidemiya ilə əlaqədar təcrübələri necə dəyişdi, gənclər necə təsirləndi?
Fərqli duyğuları olan gənclərlə qarşılaşılıb
Sualların cavabı tamamilə fərqli idi. Bu sual onların bütün hisslərini ortaya qoydu. Məsələn, məni 20 yaşındakı bir gəncin "Ən vacib 1 ilimi 20 yaşında itirdim, həyatımın ən dəyərli 1 ilini görməməzlikdən gəldim" deyərək mesaj verməsi düşündürdü. İştirakçıların bəziləri bu vəziyyətin onları gücləndirdiyini, bəzilərini depressiyaya saldığını, stress altında olduqlarını və özlərinə inamlarının itdiyini bildirdi. Gəncliyin ən vacib vurğularından biri əsirlikdə qalmaq, azadlıqlarını məhdudlaşdırmaq, özlərini gələcəyə, qorxulara, narahatlıqlara, depressiyaya dair bir qeyri-müəyyənlik içində tapmaqdır. Lakin, "özümü gücləndirdim", "özümü tapdım", "məni narahat edən insanlardan uzaq durdum" kimi ifadələr istifadə edənlər də var idi. Bunlardan başqa yaxınlarını itirməkdən narahat olanlar və qorxanlar da var. Çox fərqli hissləri olan bir gəncliklə qarşılaşdıq. Dünyanın dəyişdiyinə inanaraq, bir tərəfdən şükür edən gənclər də var.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB