"Rusiyaya qarşı sanksiyalarda daha irəliyə gedə bilərdik, amma biz obyektiv olmağı üstün tutduq". Amerika Birləşmiş Ştatlarının prezidenti Bayden Rusiyaya tətbiq olunan yeni sanksiyalarla daha da irəli gedə biləcəklərini, ancaq obyektiv olmağı üstün tutduqlarını bildirib.
Bayden Ağ Evdə Rusiyaya qarşı yeni elan edilən sanksiyalarla əlaqədar çıxış edib. 13 aprel tarixində Rusiya Prezidenti Vladimir Putinlə "səmimi" telefon görüşməsi etdiyini ifadə edən Bayden, "Putin və mən münasibətlərimizi idarə etmək üçün böyük bir məsuliyyət daşıyırıq. Bu məsuliyyəti ciddiyə alıram, düşünürəm ki, o da bunu qəbul edir".
Rusiyanın seçkilərə müdaxiləsinə cavab verəcəyini xatırladan ABŞ prezidenti bildirib: "Xarici dövlətin ölkədəki demokratik proseslərə müdaxilə etməsinə və günahsız qalmasına icazə verə bilmərik".
ABŞ dövlət qurumlarına və Rusiyanın arxasında olduğu iddia edilən Solarvinds kiber hücumuna toxunan Bayden yanvar ayında Putinlə etdiyi telefon görüşməsində bu hücumun bir cavabının olacağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB