"Sərhədlərimiz qırmızı xəttimizdir". SİA-nın verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyaya mesajında bildirib.
Ukraynanın xarici işlər naziri "müharibə ilə təhdid olunuruq" söyləyərək Rusiyaya meydan oxuyub.
Qeyd edək ki, Kiyev hökumətinin 2014-cü ildən bəri rusiyapərəst separatçılarla mübarizə apardığı Ukraynanın şərqində gərginlik yenidən artıb. Ukrayna və onun Qərb müttəfiqləri bu həftə ənənəvi olaraq ölkənin şimal və şərq sərhədlərində çoxlu sayda rus əsgərinin olmasından təşvişə düşüblər.
Baltikyanı ölkələrin xarici işlər nazirləri ukraynalı həmkarları ilə Kiyevdə görüşdükdən sonra Rusiyanın Ukrayna sərhədlərindəki hərbi iştirakını niyə artırdığı barədə ortaq açıqlama veriblər. Bəyanatda Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərindəki suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyi vurğulanır, eyni zamanda Ukraynanın Avropaya inteqrasiyası yolu dəstəklənir.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Moskvanın hərbi ritorikasının Kiyevi və onun müttəfiqlərini qorxutmaq məqsədi daşıdığını bildirib və bunun çox ağır nəticələrə gətirəcəyini qeyd edib. Kuleba deyib ki, Rusiya Ukraynanı açıq şəkildə müharibə yolu ilə məhv etməyi planlaşdırıb və bunun üçün hədələrini getdikcə artırır. Ukraynanın qırmızı xətti dövlət sərhədidir. Rusiya qırmızı xətti keçərsə, bunun nəticələrinə qatlanmalı olacaq".
Qeyd edək ki, Litvanın xarici işlər naziri Landsbergis ukraynalı həmkarına dəstək verərək “Ukrayna heç vaxt müdafiəsiz və təkbaşına qalmayacaq”.
Sia-nın verdiyi məlumata əsasən,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB