"Buckingham” sarayı şahzadə Filipin dəfn planını açıqlayıb

"Buckingham" sarayının məlumatına əsasən, şahzadə Filipin Vindzor qəsrindəki müqəddəs Georgi kilsəsində keçiriləcək dəfn mərasimində yalnız kral ailəsinin üzvləri və onun şəxsi katibi iştirak edəcək. SİA Britaniya KİV-lərinə istinadla xəbər verir ki, şahzadə Filipin tabutunu şahzadə və kraliçanın nəvələri şahzadə Uilyam və Harri, həmçinin kral ailəsinin digər üzvləri müşayiət edəcək. Matəm yürüşü müqəddəs Georgi kilsəsi qarşısında hərbçilərin və xarici ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək kiçik mərasimlə başa çatacaq. Sonra mərhumun tabutu kilsəyə aparılacaq. Koronavirus profilaktikası qaydalarına uyğun olaraq ora yalnız 30 nəfər - Vindzorlar ailəsinin üzvləri və mərhum şahzadənin şəxsi katibi Arçi Miller-Beykuel buraxılacaq. Şahzadə Filip əvvəlcə Vindzor qəsrindəki müqəddəs Georgi kilsəsində dəfn ediləcək, kraliça II Elizabetin vəfatından sonra isə hər ikisi VI Georq memorial kilsəsində basdırılacaq. Qeyd edək ki, aprelin 9-da "Buckingham" sarayının mətbuat xidməti Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filipin 99 yaşında vəfat etdiyi barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...