Ukraynanın bir hissəsini özünüzə götürün, əvəzində... -Vaşinqtonun planı deşifrə olunur

Moskva “Şimal Axını-2”-nin bağlanması və ona qarşı "cəhənnəm sanksiyaları" müqabilində Rusiyaya Ukraynanın "bir parçasını" vermə planını ortaya qoydu. Stavka getdikcə yüksəlir.

ABŞ rəqib deyil, düşməndir

Rusiya Federasiyası Prezident Administrasiyasının nümayəndəsi Dmitri Kozakdan sonra xarici işlər nazirinin müavini Sergey Ryabkov da Ukrayna ilə bağlı sərt açıqlamalar verdi.

Rusiyanın yeni tarixində ilk dəfə diplomatik Moskva Vaşinqtonu düşmən adlandırdı.

"ABŞ bizim düşmənimizdir, Rusiyanın beynəlxalq aləmdəki mövqeyini sarsıtmaq üçün hər şeyi edir, bizə yanaşmalarında başqa elementləri görmürük ..."- Ryabkov keçirdiyi mətbuat konfransında dedi.

Buna daha sərt - düşmən deyilməli idi, çünki ABŞ 2013-2014-cü illərdə Ukraynada nasist çevrilişini maliyyələşdirən və həyata keçirən fəal tərəfdir, bu, sonra Rusiya Federasiyasının çöküşünə hesablanıb.

Ryabkov da bunu daha yumşaq formada auditoriyaya çatdırıb.

"Uzun illərdir Ukrayna ərazilərində, o cümlədən müxtəlif hərbi poliqonlarda onlarla, hətta yüzlərlə xarici təlimatçı və məsləhətçinin iştirakı ilə təlimlər keçirilmişdir. ABŞ, həqiqətən Kiyevi Donbassdakı qarşıdurmanı həll etmək üçün hazırlanmış Minsk razılaşmalarına əməl etməməyə təşviq edir, "- diplomat deyib.

"Bu yardımın həcmi artır. ABŞ və digər NATO ölkələri bilərəkdən Ukraynanı bir toz torbasına çevirirlər"- o deyib.

Moskva rus dilində danışanların deyil, rusların və Rusiya Federasiyası vətəndaşlarının maraqlarını müdafiə edir

Ryabkov, ABŞ-ın Rusiya və Krımdan uzaq durmağının daha yaxşı olduğu haqda xəbərdarlıq edib, çünki hadisələrin riski çox yüksəkdir.

"Amerika Birləşmiş Ştatları müəyyən hadisələrin risklərinin çox yüksək olduğunu anlamalıdır. ABŞ-a Krımdan, Qara dəniz sahillərimizdən uzaqlaşmalarının daha yaxşı olduğu barədə xəbərdarlıq edirik. Bu, öz xeyirlərinə olacaq,”- Ryabkov deyib.

Onun sözlərinə görə, Rusiya öz maraqlarını və Donbassın rusdilli əhalisinin maraqlarını müdafiə etməyə davam edəcək və ABŞ-dan gələn təhdidlər Moskvanı yalnız seçilmiş kursun düzgünlüyünə inandırır.

Burada - rusdilli deyil, Donbassda onsuz da təxminən yarım milyon adamın yaşadığı rus əhali və Rusiya vətəndaşları var.

Vaşinqtonun planı - kraliçanı keçmək üçün piyada qurbanı

Xarici İşlər Nazirliyinin qeyri-adi ritorikasına Moskvanın ABŞ-ın Ukrayna planını görməsi səbəb olur. Bunu Ukraynanın "Legitimny" Telegram kanalı yazır.

Legitimny kanalı öz mənbəsinə istinad edərək, ABŞ-ın Ukraynanın "kiçik bir hissəsini" (LPNR) Rusiyaya təklif eməklə “Şimal Axını- 2”-nin bloklanması və tamamilə ləğv edilməsi, həmçinin "bir çox başqa şərtlərlə” razılaşacağını bildirdi".

Məsələn, bu, Avropa lobbisindən kənarda Rusiya ilə işi bərpa etmək və ilk növbədə Aİ-yə zərbə vuran sanksiya siyasətindən imtina etmək lazım olduğu barədə danışıqları arxa plana atacaq.

"Ruslar bu oyunu öz mənbələrinin köməyi ilə ortaya çıxardılar. Buna görə reaksiya sərt və dərhal oldu və Kiyev hərbi əməliyyatlara başlayacağı təqdirdə heç kimin dayanmayacağı mesajı bütün ekrandan səsləndi, bu "Ukraynanın sonunun başlanğıcı" olacaq"- Dmitri Kozak dedi, hər kəsin bildiyi kimi, o xüsusilə ictimaiyyətə açıq adam deyil, -" Legitimny "yazır.

Rusiya Xarici İşlər Nazirliyinin Ryabkovun şəxsindəki mövqeyi, Ukraynanın siyasi Telegram kanalının bu versiyasını təsdiqləyir.

Yəqin ki, ukraynalılara Qərbin onları yalnız yem kimi qəbul etdiyini başa düşmək şansı hələ verilməyib. Bu yem iqtisadiyyata, istehsala və müstəqilliyə ehtiyac duymur, səsvermə hüququna ehtiyac yoxdur, yalnız sahibinin iradəsini yerinə yetirməlidir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə