Dünyanın ən böyük dovşanı qaçırılıb

İngiltərənin “Vorcesterşire” bölgəsində dünyanın ən böyük dovşanı olaraq tanınan “Darius” adlı dovşan qaçırılıb. SİA-nın verdiyi məlumata görə, dovşanın sahibi “Annette Edwards” dünyanın ən uzun dovşanını anonim şəxslər tərəfindən qaçırıldığını iddia edib. Edwards sosial media hesabındakı paylaşımında "Dariusu" tapıb gətirən adama 1000 lirə (11 min 213 TL) verəcəyini açıqlayıb.

Qeyd edək ki, uzunluğu təxminən 130 santimetr olan dovşan, 2012-ci ildə dünyanın ən böyük dovşanı olaraq "Ginnesin" rekordlar kitabına daxil olub.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...