Türkiyənin Xarici İşlər naziri ilə ABŞ-ın Dövlət katibi telefonla danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, telefon söhbətində həmkarlar ikitərəfli əlaqələr, Əfqanıstanın sülh mərhələsi ilə əlaqadar İstanbuda keçirilən iclas, Suriya və Yaxın Şərq mövzularında fikir mübadiləsi aparıblar. Bundan başqa, açıqlamada hər iki XİN başçısının görüşünün faydalı olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə