Rusiya Türkiyəyə aviareyslərin dayandırılmasına qərar verdi

Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır.

SİA-nın verdiyi məlumata görə, bu barədə baş nazirin müavini Tatyana Qolokova bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Rusiya adı çəkilən iki ölkə ilə çarter reyslərini dayandırmağa qərar verib.

Hökumət rəsmisi Rusiyanın bu ölkələrlə 1,5 aylıq müddətə, aprelin 15-dən iyunun1-nə kimi həm müntəzəm, həm də çarter reysləri dayandırdığını açıqlayıb.

“Türkiyə ilə hava əlaqəsinin dayandırılması Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankara səfəri ilə bağlı deyil”. Bunu isə Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırmasını şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr. Bu, həyəcanverici epidemioloji vəziyyətlə bağlıdır", deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Tatyana Qolikova Türkiyədə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bu ölkə ilə müntəzəm və çarter uçuşlarının aprelin 15-dən iyunun 1-nə kimi dayandırıldığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə