NATO-nun Baş katibi Ukraynanın XİN-in başçısı ilə görüşəcək

NATO-nun Baş katibi Ukraynanın XİN-in başçısı ilə görüşəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Xarici İşlər naziri Dimitri Kuleba ilə görüşəcək. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, NATO-nun mətbuat xidməti görüşün aprelin 13-də alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında baş tutacağı barədə məlumat yayıb.

Yens Stoltenberqin Dimitri Kuleba ilə görüşü Pentaqon rəhbəri Lloyd Ostinin Brüsselə səfəri ərəfəsində keçiriləcək. ABŞ-ın Müdafiə nazirinin NATO-nun Baş katibi ilə Ukrayna ətrafında cərəyan edən vəziyyəti müzakirə edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə