Yalançılar həmişə “səmimiyyətdən” danışarlar...

Yalançılar həmişə “səmimiyyətdən” danışarlar...

...Sən demə, Nikol Paşinyan da böyük fanatik imiş. Bilməmiş olmazsınız, deyirlər fanatizm dağıdıcı olur: insanı kor və ağılsız edir. Elə Nikol Paşinyan kimi. Əgər o Stalin və ya Hitlerin vaxtında doğulsaydı, yəqin ki, çoxdan o dünyaya göndərilmişdi. Bu gün Nikolun bir fanatık kimi Ermənistanda yaşaması onun və ailəsi üçün xoşbəxtlikdirsə, ermənilər üçün böyük bir bədbəxtçilikdir. SİA bunu erməni mətbuatına istinadən dərc edir.

Təbii ki, ermənilərin keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan tərəfindən səsləndirilən bu fikirlər çoxlarına bəlli olsa da, amma onun dilindən necə də “orjinal” səslənir. Zakaryana görə, vaxtilə Fransa inqilabının təməl dəyərlərinə böyük bir zərbə vuran fanatizm Ermənistandakı inqilabdan da yan keçməyib. Doğrudur, Nikolun Ermənistandakı fanatizmi ermənilərin elə də böyük bir kütləsini əhatə etməsə də, ancaq fanatizm təhdidi onun böyük və ya kiçik olması ilə deyil, onun varlığındadır.

Yenə də Nikolu vətən xaini və hər şeyi məhv edənin biri kimi, təqdim edən sabiq vəzifə həsrətlisi bunun siyasi cəhətdən sübuta yetirilməsinə ehtiyac olmadığını bildirir. Zakaryana görə, yalnız axmaqlar bunu dərk etmirlər. Ancaq bu gün Ermənistanda Nikol fanatizmi və onun fanatikləri olmasaydı, ölkə hələ də “ayaqda idi”.

Belə çıxır ki, Ermənistan indi də bundan sonra düşəcəyi “koma”dan ehtiatlanır. Nə deyəsən, ehtiyatlanmağa əsası da var. Elə biliriniz, ermənilər hazırda təkcə fanatiklərə qarşı mübarizə aparırlar. Yox, bu gün ölkədə yalançılıq da baş alıb gedir. Yəni tinbaşı yalançı ilə doludur.

Bir müddət bundan əvvəl dediyimiz kimi, götürək hazırda Serj Sarkisyanın yanında kargüzarlıq edən Armen Aşotyanı. Dünyanın elə əvvəldən “balacaboylular tərəfindən idarə olunduğunu” əsas gətirən Armen bəstəboy Serjin vaxtında nüfuzlu beynəlxalq təşkilatların ermənilərə böyük “önəm verdiklərini” bildirir. Guya Qarabağ münaşiqəsi ilə bağlı Serj Sarkisyan tərəfindən qoyulan danışıqlar irsi son dərəcə “güclü və ermənipərəst” olub. Aşotyanın dediyinə görə, hətta bütün dünya siyasətçiləri də bunu etiraf edirmişlər. Amma neyləyəsən ki, Paşinyan hakimiyyətə gəlməklə hər şeyi “puç” elədi.

Erməni yalançısı demişkən qoy birini də deyim. Belə ki, ötən günlərin birində erməni saytlarına məddahlıq edən Semyon Baqdasarovun dediklərindən “cuşa” gələn politoloq Stepan Danielyan da erməni həmkarlarından geri qalmaq istəməyib. O, deyib ki, guya amerikalılara görə, bu gün Vaşinqtonun maraqlarını inkişaf etdirmək üçün ən münasib ərazı Ermənistan ərazisidir.

...Əslində, baş qoşmağa dəyməz, çünki erməni yalanının kökü qədimdir. Deyir bütün günü dilinə yalan gətirən ermənilər, çox vaxt da “səmimiyyətdən” danışırlar

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə