Mütəxəssislərin iddiasına görə, hazırda mövcud olan status-kvo pozarlarsa, bu, həm Rusiyanı, həm də Ukraynanı əlverişsiz bir vəziyyətə gətirə bilər. Doğrudur, hazırda hər iki ölkə müharibənin potensial bir şəkildə artacağını düşünərək silahlı qüvvələrini səfərbər etməklə məşğuldurlar. Lakin bildirək ki, həm Moskvanın, həm də Kiyevin fəal hərəkətlərdən çəkinmək üçün səbəbləri var.
SİA rus mətbuatına istinad edir.
Qeyd edək ki, son bir neçə həftə ərzində Donbassda Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında toqquşmalar artmaqdadır. Müşahidəçilər Ukrayna qüvvələrinin Donetsk və Luqansk bölgələrindəki separatçıların mövqelərini atəşətutma intensivliyində kəskin artım olduğunu bildirirlər. Bildirək ki, bu yaxınlarda Donetskdə beş yaşlı Vladislav Şıxov ölüb. Doğrudur, Kiyev etiraz etsə də, Donetsk “rəhbərliyi” uşağın ölümündə məhz Ukrayna hərbçilərini günahlandırır.
SİA rus mətbuatına istinad edir.
Hazırda bir-birlərini təxribat xarakterli hərəkətlərdə ittiham edən Rusiya və Ukrayna birbaşa silahlı qarşıdurmaya başlamaq üçün hazırlaşırlar. Təsadüfi deyil ki, bu gün Moskva Donbass sərhədi boyunca hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.
Maraqlıdır ki, Rusiyanın öz qoşunlarını ərazilərinin istənilən yerinə yerləşdirməkdə sərbəst olduğunu bildirən Kreml sözçüsü Dmitri Peskov: “Kremldə Ukraynada vətəndaş müharibəsinin yenidən başlayacağı qorxusu var. Vətəndaş müharibəsi və genişmiqyaslı döyüş əməliyyatları sərhədlərimizə yaxınlaşsa, bu, Rusiya üçün təhlükə yaradacaq”-deyə bildirib.
Yeri gəlmişkən onu da bildirək ki, ötən gün Putin, Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı Ukraynanı bir daha “təxribatçı” hərəkətlərdə günahlandırıb.
Ukrayna isə hələ də NATO-ya qəbul olmaqda israrlıdır. “NATO Donbasdakı müharibəni bitirməyin yeganə yoludur. Ukraynanın NATO-ya Üzvlük Fəaliyyət Planı Rusiya üçün əsl bir siqnal olacaq”. Bunu bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ittifaq rəhbərliyinin nümayəndələri ilə danışdıqdan sonra söyləyib.
Ukraynanın NATO-ya üzv olmaq cəhdlərinin “cənub-şərqdəki vəziyyətin geniş miqyaslı bir gərginləşməyə gətirib çıxaracaq və Ukrayna dövlətçiliyi üçün geri dönməz nəticələrə səbəb ola biləcək”. Bunu isə Kreml sözçüsü Mariya Zaxarova bildirib.
“Müvəqqəti işğal olunmuş ərazilərin güc yolu ilə azad edilməsi qaçılmaz olaraq çox sayda mülki şəxsin ölümünə və hərbçilər arasında itki ilə nəticələnəcək ki, bu da Ukrayna üçün qəbuledilməzdir”. Bu fikirlər Ukraynanın Baş Komandanı Ruslan Xomçaka məxsusdur.
Bu arada “maraqlı bir təklif” isə Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanovdan gəlib. Belə ki, o, yenə də Kremli “Donetsk və Luqansk Xalq Respublikaları”nın statusunu dərhal tanımağa çağırıb. Ukraynanın NATO-ya üzv olma təhlükəsinə toxunan rusiyalı millət vəkili Aleksandr Şerin də, Qərbin irəliləməsindən qorumaq üçün Donetsk və Luqanskın Rusiyanın tərkibinə daxil edilməsini ən vacib şərt adlandırıb.
...Hazırda Rusiya silahlı qüvvələrini mübahisəli Donbass ərazilərinə gətirməyə hazırlaşdığına dair heç bir məlumat yoxdur. Əgər Rusiya bunu edərsə, bu halda o Minsk razılaşmalarının tələblərinin açıq şəkildə pozulması halına gələcək və nəticədə Kreml yeni sanksiyalarla qarşılaşacaq.
...Vladimir Zelenski hökuməti isə, separatçı bölgələri zorla geri qaytarmağa və beləliklə 2008 Rusiya-Gürcüstan müharibəsinə yol açan strateji səhvləri təkrarlamağa çalışarsa, bu halda Kiyev Amerika və Avropa dəstəyini itirmək riski ilə qarşılaşa bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB