Amerikada tornado nəticəsində ölənlərin sayı 116-ya çatıb

Amerikada tornado nəticəsində ölənlərin sayı 116-ya çatıb

ABŞ-ın Missuri ştatının Coplin şəhərində tornado nəticəsində ölənlərin sayı durmadan artmaqdadır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artıq 116 nəfərə çatdığı bildirilir.

Eyni zamanda yerli məmurlar bildirib ki, dağıntılar altında xeyli insan qalmaqdadır və onlar yeddi nəfəri sağ çıxara biliblər.

Verilən məlumata görə, artıq şəhər xəstəxanalarına 1150-dən çox xəsarət almış insan yerləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə